Kateqoriyasız

Vuqar Nadirov: “Öz üzərimdə çalışıram və daha artığını etmək istəyirəm”

Avroliqanın qrup mərhələsi çərçivəsində "Dnepr" qonağ edəcək "Qarabağ"ın futbolçusu Vuqar Nadirov matç barədə açıqlama verib.

İdmanxeber.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu bu fikirləri səsləndirib:

"Azarkeşlərimizin bizdən Kiyevdəki uğuru təkrarlamağımızı gözlədiklərini bilirik. Təbii ki, bu, çiyinlərimizdə əlavə yükdür. Azarkeşlərdən dəstək gözləyirik. Ümid edirəm ki, stadion azarkeşlərlə dolu olacaq. Bugünkü oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. Doğma meydanda qələbə qazanmaq fərqli hisslər aşılayır. Son zamanlar yaxşı forma yığmışam. Öz üzərimdə çalışıram və daha artığını etmək istəyirəm. "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağımız Norveçlə oyun da bizim üçün vacibdir. Ancaq hazırda yalnız "Dnepr"lə oyun barədə düşünürük. Ukrayna klubunu məğlub edək, daha sonra Norveçlə oyuna köklənəcəyik. Hər iki oyun bizim üçün önəmlidir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43