Kateqoriyasız

Vüqar Nadirov və Kamran Ağayevin yeni komandası bəlli oldu

Paytaxtın “İnter” klubu iki futbolçunu heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər” milli komandamızın üzvləri Vüqar Nadirov və Kamran Ağayevi transfer edib.

Hər iki futbolçu ilə yaya kimi müqavilə imzalanacağı qeyd olunur.

Qeyd edək ki, Vüqar Nadirov son olaraq “Qəbələ”də, Kamran Ağayev isə Türkiyənin “Karşıyaka” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43