19 Sentyabr 2024
Ölkə futbolu

Vüsal İsgəndərli Türkiyə klubuna keçdi

Vüsal İsgəndərli karyerasını Türkiyənin “Boluspor” komandasında davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq Albaniya “Eqnatiya” klubunda çıxış edən vinger I Liqa təmsilçisi 1.5 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Boluspor” çempionatda 17 turdan 22 xalla 10-cu sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43