Dünyadan

Vüsal oynadı, komandası liderliyini davam etdirir

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albanuya çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Erzeni”nin qonağı olub. “Eqnatiya” oyundan 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 55-ci dəqiqədə Arbin Zeynullai vurub.

Vüsal da bu matçda iştirak edib. O, 78-ci dəqiqədə meydana çıxıb.

Qeyd  edək ki, “Eqnatiya” hazırda 26 xalla 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43