Kateqoriyasız

Vüsal qol vurdu, komandası 3 xal qazandı – Video

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin “Keçiörengücü” klubu 1-ci Liqanın 12-ci turunda öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Vüsal bu matçın ikinci yarısında meydana çıxıb və komandasının ilk qolunun müəllifi olub. Bu, onun Ankara təmsilçisində bu mövsüm 3-cü qoludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43