Dünya futbolu

Vüsal qol vurdu, komandası Albaniyada lider oldu

Albaniya çempionatının 6-cı turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” səfərdə “Vllaznia”nın qonağı olub.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:0. İsgəndərli də oyunun iştirakçısı olub. O, matçın 49-cu dəqiqəsində “Eqnatiya”nın ilk qolunu vurub. Vüsal 85-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, İsgəndərlinin komandası 6 oyundan sonra 13 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43