Ölkə futbolu

Vüsal Türkiyədə növbəti oyununa çıxıb

Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilir.

İdmanxeber.az məlumat verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Eyüpspor”la qarşılaşıb.

“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Vüsal bu matçın 70-ci dəqiqəsində meydana buraxılıb.

“Boluspor” bu nəticədən sonra 44 xalla 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43