Kateqoriyasız

Xəbərimiz təsdiqləndi: “Turan Tovuz” gürcü futbolçu ilə anlaşdı

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianı transfer edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Aşortianin “Turan Tovuza keçəcəyini “İdmanxeber.az” iyulun 11-də yazmışdı.

Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43