”Barselona” yeni mövsüm üçün məşqçi arayışlarını davam etdirir.
İdmanxeber.az “Mundo Deportivo” nəşrinə əsasən xəbər verir ki, Katalon klubunun namizədlərindən biri də Simone İnzagidir. “İnter”lə əlavə mövsüm keçirən 47 yaşlı mütəxəssis komandası 1 oyun az keçirməsinə baxmayaraq A Seriyasında ən yaxın rəqibini 9 xal qabaqlayır.
İnzagi 2021-ci ilin yayından “İnter”i çalışdırır. O, “nerazzurri” ilə 2 İtaliya Kuboku, 3 İtaliya Superkuboku qazanıb.