Kateqoriyasız

“Xəzər Lənkəran” 1 itki ilə başladı

Oktyabrın 28-də “Sumqayıt”ı qəbul edəcək “Xəzər Lənkəran” bir günlük istirahətin ardından hazırlıqlara start verib.

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 26-da bir araya gələrək saat 17:00-da stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb. Hazırlıq prossesində Rasim Ramaldanovdan savayı bütün futbolçular iştirak ediblər. Təcrübəli müdafiəçi hələ də müalicə alır. Qeyd edək ki, komanda növbəti məşqini oktyabrın 27-də keçirdikdən sonra özünün baza-otelində istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43