Kateqoriyasız

“Xəzər Lənkəran” Apelyasiyaya müraciət etdi: İvanovun sarı vərəqəsi ləğv olundu

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar qəbul olunub:

“Xəzər Lənkəran” klubu Apelyasiya və Ekspert Komitəsinə müraciət edərək, Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran”  – “İnter”  matçında “Xəzər Lənkəran”  klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət etmişdir. İntizam Komitəsi matçın video yazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərarı qəbul edir:

– Topaz Premyer Liqasının  IV turunun “Xəzər Lənkəran”  – “İnter”  matçının 59-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin hakim tərəfindən epizodu duzgün qiymətləndirilmədiyinə görə  futbolçuya göstərilmiş sarı vərəqə ləğv edilir (maddə 19).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43