Kateqoriyasız

“Xəzər Lənkəran” AZAL-la oyuna bir itki ilə hazırlaşır

Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” hazırıqlarını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” dünən güclü yağış altında növbəti məşqini keçirib. 

Sonn günlər Bakıda müalicə alan Orxan Əliyev artıq Lənkərana qayıdıb, lakin o hazırlıq prosesinə qatılmayaraq, kənarda fərdi məşqlə kifayətlənib. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Elnur Cəfərov da məşqdə iştirak ediblər.

“Xəzər Lənkəran” bununla da AZAL-la oyunun ümumi hazırlığını yekunlaşdırmış olub. Qarşıda yalnız taktiki hazırlığın əsas kompanentlərinin təkrarlanmasından ibarət olacaq oyunöncəsi son məşq qalıb.  (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43