Ölkə futbolu

“Xəzər Lənkəran” bəyanat yaydı: “Səsverənlər əsas rol oynamırlar”

“Xəzər Lənkəran” klubu vitse-prezident Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyinin geri götürülməsi ilə bağlı bəyanat yayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda deyilir:

“Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.

“Xəzər Lənkəran” Futbol Klubu İcraiyyə Komitəsini namizədliyi irəli sürülmüş hər kəsə uğurlar arzulayır və Komitənin ölkə futbolunun inkişafına dəyərli töhfələr verəcəyinə inamını bildirir.

Mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43