Kateqoriyasız

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirildi

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə müxtəlif mövzulara toxunulub və bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxarılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da verib.
Klub digər komandaların da bu məsələyə diqqətlə yanaşmasını tövsiyə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43