Ölkə futbolu

“Xəzər Lənkəran” “ən”ləri toplayır: Bu dəfə “Neftçi” “vuruldu”

“Xəzər Lənkəran” “Neftçi”nin futbolçusu Rəşad Sadiqovu rənglərinə bağlamağa çox yaxındı.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ilə yeni müqavilə imzalamayan Sadiqov Lənkəran komandasına keçməyə razılıq verib. Transferin bir çox detalları həll olunub və qarşıdakı günlərdə problem çıxmayacağı halda, Sadiqovu Cənub komandasında görə biləcəyik.

Sonda onu da qeyd edək ki, “Bakı”dan Rauf Əliyev, “İnter”dən Vaqif Cavadov da Lənkəra klubuna keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43