Ölkə futbolu

“Xəzər Lənkəran” son nöqtəni qoydu: “Kökündən yanlış məlumatdır”

“Xəzər Lənkəran” futbolçusu Deyan Blajevski ilə yollarını ayırmayacaq.

İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Cənub klubunun rəsmisi bildirib ki, məşqçilər korpusu makedoniyalı futbolçunun oyunundan razıdılar və o, yeni mövsümdə də komandada olacaq:

“Blajevski heç bir yerə getmir. Bu kökündən yanlış məlumatdır! Məşqçilər korpusu Blajevskinin oyununu bəyənir və o, komandada qalacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43