Kateqoriyasız

“Xəzər Lənkəran” “Fiqeyrense”nin futbolçusunu rəsmən transfer etdi – FOTO

“Xəzər Lənkəran” Futbol Klubu braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmiləşdirdi.

İdmanxeber.com-un məlumatına görə, karyerasına “Sergipe” klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur “Qremio”nun heyətinə cəlb olunub. “Qremio” ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.

Bir mövsüm Yaponiyanın “Kyoto Sanqa” klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin “Bahia” və “Seara” klublarında oynayıb.

2013-cü ilin əvvəlində isə Tyeqo “Fiqeyrense” ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

“Xəzər Lənkəran”la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43