Kateqoriyasız

“Xəzər Lənkəran” hazırlıqları bərpa edir

Topaz Premyer Liqasının son turundan sonra məşqlərə fasilə verməyən “Xəzər Lənkəran” Qəbələdə təşkil olunan təlim-məşq toplanışını sentyabr 6-da başa çatdırıb. 

Con Toşakın yetirmələri bu toplanışdan sonra buraxıldıqları istirahəti yekunlaşdıraraq hazırlıqlara start verir. Cənublular bu gün axşam hazırlıqlarını bərpa edəcək.

Milli komandaların oyunlarla əlaqədar yaranan fasilə zamanı “Xəzər Lənkətan”ın bəzi futbolçuları yığmaların heyətində meydana çıxıb. Kapitan Rahid Əmirquliyev Azərbaycan yığmasının heyətində İsrailə qarşı oyunda (1:1) gözəl zərbə ilə hesabı açaraq millinin səfər oyunlarında vurduğu 50-ci qolun müəllifi olub. Yarımmüdafiəçi Nikola Qliqorov isə Makedoniya yığmasının Uels üzərində qələbə qazandığı qarşılaşmada (2:1) start fitindən matçın sonunadək meydanda mübarizə aparıb. 2 gün sonra onun komandası seçmə mərhələ çərçivəsində Şotlandiya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43