Ölkə futbolu

“Xəzər Lənkəran” istəyinə çatır: Cənub klubundan yayın ən isti transferi

"Xəzər Lənkəran" – Rauf Əlıiyev məsələsi hələ də həllini tapmayıb.

İdmanxeber.com-un məlumatına görə, "Bakı"dan ayrılmaq istəyən hücumçunun "Xəzər Lənkəran"ın bütün şərtlərini qəbul etdiyi bildirilir.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında Raufla bağlı bir problemin qaldığını bildirib:

"Raufa bütün şərtlıərimizi demişik. O da bütün şərtlərimizi qəbul edib. Özü də "Xəzər Lənkəran"a gəlməkdə maraqlıdı. Sadəcə onun "Bakı" ilə müqaviləsi var. Odur ki, Rauf özü danışsa daha yaxşı olar".

Əldə etdiyimiz məlumata görə, artıq Rauf klub rəhbərliyini razı sala bilib və o qarşıdakı günlərdə XL-in Ərzurum toplanışına qatılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43