Ölkə futbolu

“Xəzər Lənkəran” “Malaqa”nın sabiq futbolçusunu transfer edir

"Xəzər Lənkəran" növbəti transferini reallaşdıra bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Con Toşak "Saraqosa"nın futbolçusu Antonio Benitesi komandasında görmək istəyir. Apono ləqəbli futbolçunun klubu ilə olan müqaviləsi bitib və "Xəzər Lənkəran"a azad agent kimi keçə bilər.

 

Qeyd edək ki, tam adı Antonio Galdeano Benites olan 29 yaşlı yarımmüdafiəçi karyerasına "Pedro"da başlayıb. Sonralar  "Marbella", (84 oyun, 13 qol) və "Malaqa" (120 oyun, 15 qol) kimi klublarlarda çıxış edib.

"Saraqosa"ya (17 oyun, 5 qol) ötən mövsümün əvvəlində transfer olunub. Bu komandanın tərkibində 32 oyuna çıxan yarımmüdafiəçi 9 qol vurub.

Xatırladaq ki, transfer pəncərəsinin bağlanmasına baxmayaraq, FİFA-nın qərarına əsasən, klubsuz hər bir futbolçu ilin istənilən vaxtı istədiyi kluba keçə bilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43