Kateqoriyasız

“Xəzər Lənkəran” – “Neftçi” matçının vaxtı açıqlandı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələnin ilk oyunları eyni gündə keçiriləcək.

Martın 2-də baş tutacaq qarşılaşmalara Lənkəranda start veriləcək. “Xəzər Lənkəran” – “Neftçi” oyunu başa çatandan sonra isə digər matçlar başlayacaq.

Azərbaycan kuboku

1/4 final

2 mart (çərşənbə)

14:00. “Xəzər Lənkəran” – “Neftçi”

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Qarabağ” – “Sumqayıt”

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu, 18:00

19:00. “Rəvan” – “İnter”

“Bayıl Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43