Premyer Liqa

“Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ” 3 xal qazanır, “Qarabağ” və “Simurq” bərabərliklə kifayətlənir

Bu gün Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünün ikinci dövrəsi start götürür. 

İdmanxeber.com-un məlumatına görə, turun bütün qarşılaşmaları bu gün keçiriləcək.

Debütan "Araz Naxçıvan" "Qəbələ"ni qonaq edəcək. "Bakı" "Neftçi"ni, "Sumqayıt" "Xəzər Lənkəran"ı qəbul edəcək.

AZAL Şüvəlanda "Simurq"u qonaq edəcək. Turun mərkəzi görüşü isə "İnter Arena"da olacaq. Burada "İnter" "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

10-cu tur

29 oktyabr

18:00. İnter – Qarabağ 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.

Bakı. “İnter Arena”.

17:00. AZAL – Simurq 2:2
Qollar: Samir Zərgərov, 15 (0:1), Rəşad Abdullayev, 56-pen (1:1), Eduardo Makiel, 79 (2:1), Əli Gökdəmir, 90+1 (2:2)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.

Bakı. “AZAL Arena”.

16:00. Sumqayıt – Xəzər Lənkəran 1:2

Qollar: Qabriel Fernando, 26 (0:1), Məhəmməd Qurbanov, 42 (1:1), Alfred Sanko, 67 (1:2)

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.

Sumqayıt. “Kapital Bank Arena”.

 

14:00. Araz Naxçıvan – Qəbələ 0:1

Qol: Pavol Farkaş, 21 (0:1)

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.

Naxçıvan Muxtar Respublika stadionu.


14:00. Bakı – Neftçi 1:3

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43