Kateqoriyasız

Tərlan Əhmədov: “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi”

Topaz Premyer Liqasının X turunda keçirilən AZAL – “Simurq” görüşü 2-2 hesabı ilə başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, oyunla bağlı danışan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov gələcəyə ümidlə baxdığını deyib:

“Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox oyunlar var. Düzdür, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0-1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43