Kateqoriyasız

“Xəzər Lənkəran” Premyer Liqanı rüsvayçı statistikadan qurtarır

Azərbaycan Premyer Liqasının 31-ci turunün geridə qalan 5 oyununu ümumilikdə 6200 azarkeş izləyib.

İdmanxeber.com-un məlumatına görə, turun ən çox azarkeşi Lənkəranda qeydə alınıb. “Fırtınalar meydanı”nda baş tutan “Xəzər Lənkəran” – “Qəbələ” matçını 2000 tamaşaçı izləyib.

Turun ən zəif göstəricisi isə “Rəvan” – AZAL matçı ilə bağlıdı. Belə ki, Bayılda keçirilən oyunu cəmi 300 azarkeş izləyib. 

Ümumilikdə isə ardıcıllıq belədi:

1. Xəzər Lənkəran – Qəbələ – 2000 tamaşaçı

2. Qarabağ – İnter – 1500 tamaşaçı

3. Sumqayıt – Kəpəz – 1400 tamaşaçı

4. Neftçi – Zirə – 1000 tamaşaçı

5. Rəvan – AZAL – 300 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43