Kateqoriyasız

“Xəzər Lənkəran” Tounkarasız başladı

Türkiyədəki hazırlığını başa vurub vətənə dönən “Xəzər Lənkəran” artıq doğma şəhərdədir. 

İdmanxeber.com-un məlumatına görə, cənub təmçsilçisi 4 günlük qısa istirahətin ardından Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib. Düşərgədə yalnız bir futbolçu, zədəli Sadio Tounkara paytaxtda reabilitasiya mərkəzində bərpa kursu keçidyindən məşqlərdə iştirak etmir. “Xəzər Lənkəran” yeni mövsümün ilk turuna qədər hazırlığı Lənkərandakı bazasında davam etdirəcək.

Xatırladaq ki, məşqlər azarkeşlərimiz üçün açıq keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43