Kateqoriyasız

“Xəzər Lənkəran” üçün uğurlu ay

Premyer Liqanın XXVII turu çərçivəsində “Xəzər Lənkəran” komandası aprel ayının 1-də “Sumqayıt” klubunu doğma meydanda qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu qarşılaşma “Xəzər Lənkəran” komandasının 2004-cü ildən bəri aprel aylarında keçirəcəyi 59-cu oyunu olacaq. İndiyə qədər komanda aprel aylarında keçirdiyi 58-görüşün 29-da qalib gəlib və cəmi 8-oyunda məğlub olub. Qalan 21-matçda isə qalib müəyyənləşməyib. Aprel aylarında “Xəzər Lənkəran” rəqib qapılarından 84-top keçirib, öz qapısında isə 46-top buraxıb. “Xəzər Lənkəran” ın aprel ayları üzrə ən çox “İnter” klubu ilə üz-üz gəlib. İndiyə qədər 14-dəfə bu cütlüyün oyunları aprel aylarına təsadüf edib. “Xəzər Lənkəran”ın “bankirlər”lə keçirdiyi oyunların 8-də heç-heçə qeydə alınıb. Qalan görüşlərdə komanda 4-dəfə paytaxt təmsilçisini üstələyə bilib və yalnız iki oyunda meydançanı məğlub durumda tərk edib.

İndiyə qədər aprel aylarında keçirilən oyunlarda “Xəzər Lənkəran” cəmi 8-dəfə məğlub olub. Bu məğlubiyyətlər ağağıdakılardır:

“İnter”ə 16.04.05 tarixində (baş məşqçi Rasim Kara), “Neftçi”yə 12.04.09  tarixində (baş məşqçi İqor Ponamaryov), “Bakı”ya 11.04.10 tarixində (baş məşqçi Ağasəlim Mircavadov) və yenə də “Bakıya” 14.04.2012 tarixində (baş məşqçi Yunis Hüseynov), “Bakı”ya 17.04.2013 tarixində və AZAL-a 28.04.2013 tarixində (hər iki oyunda baş məşqçi Con Toşak), “Qəbələ”yə 16.04.2014 tarixində və “İnter”ə 27.04.2014 tarixində (hər iki oyunda baş məşqçi Mustafa Denizli).    

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43