Dünyadan

“El Klassiko”da uduzan “Real”ın futbolçularına yumruqlu hücum (VİDEO)

“El Klassiko”da “Barselona”ya uduzan “Real” azarkeşləri tərəfdən təzyiqlərə məruz qalır.

İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisinin üç azarkeşi klubun bazası önündə komandanın futbolçuları və baş məşqçi Karlo Ançelotti haqda təhqiramiz ifadələr səsləndiriblər. 

Hirsi soyumayan fanatlar daha sonra onlar klubun bazasını tərk edən “Real”ın oyunçularından Qaret Beyl, Xese Rodriqes və Serxio Ramosun avtomobilini yumruqlayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43