Milli komanda

Prosineçki: “Hədəf “AVRO-2020”dir”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki martın 28-də Maltaya qarşı oyun öncəsi yeni açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Xorvatiyanın “Sport 1Z” kanalına müsahibəsində Prosineçki öncə bunları deyib:

“Bir neçə il sonra Azərbaycan millisi indikidən yüksək mövqedə olacaq. Biz Malta ilə oyunda komandadan irəliləyiş gözləyirik. Azərbaycanlı oyunçuların problemi istedadlarında yox, futbol mentalitetindədir. Biz çalışırıq əsl futbol oynayaq. Bizim oyunçularda istedad problemi yoxdu. Problem futbola baxışdadı. Gözəl futbol sərgiləməyə çalışacağıq".

Prosineçki sonda qeyd edib ki, komandanın gələcək məqsədi "AVRO-2020”də oynamaqdır: 

"Bir neçə il ərzində Azərbaycan futbolu daha yüksək səviyyədə olacaq. Əsas məqsəd 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olmaqdı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43