Kateqoriyasız

“Xəzər Lənkəran” zədəli futbolçusundan sevindirici xəbər aldı

“Xəzər Lənkəran”ın zədəli futbolçusu Zaman Mirzəzadə AZAL-la oyunda iştirak edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” ilə oyunda zədələnən gənc futbolçu tibbi müayinədən keçib və məlum olub ki, gənc oyunçunun zədəsi ciddi deyil. O, Premyer Liqanın XXIV turunda AZAL-a qarşı oynaya biləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL matçı bu gün saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43