Premyer Liqa

“Xəzər Lənkəran”a “göz dəydi”, “Qarabağ”dan inamlı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun opyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları bu gün keçiriləcək.

Lider "Qarabağ" səfərdə "Rəvan"la qarşılaşacaq. Ağdam klubu üçün daim problem yaradan "aslanlar"ın bu dəfə nə edəcəyi maraqla gözlənilir. 

Turun digər maraqlı qarşılaşması isə Lənkəranda keçiriləcək. Burada "Xəzər Lənkəran" "Bakı"nı sınağa çəkəcək. Mustafa Dənizlinin rəhbərliyi altında yenilgi nədi bilməyən Cənub klubu "Bakı"nı məğlub etməklə ilk "üçlüy"ə gedən yolunu bir az da asanlaşdıracaq. 

"Bakı"ya son turda məğlub olan "Neftçi" isə son turların yüksəlişdə olan komandası "İnter"i qəbul edəcək. Böyükağa Hacıyevin başçılıq etdiyi "ağ-qaralar" fasilədən sonra keçirdiyi bütün görüşlərdə qələbə qazanan Sxadadzeli "İnter"i yenməyə çalışacaq.

Turun digər matçında "Qəbələ" səfərdə AZAL-ın, "Sumqayıt" isə "Simurq"un qonağı olacaq.

XXII tur

19 fevral (çərşənbə)

15:00. AZAL – “Qəbələ” 1:2
Qol: Nedo Turkoviç, 39, Subotiç 44, Şəhriyar Rəhimov, 71 (avtoqol)

İlk 2 dövrədəki oyunlar: 1:2, 0:1

AZAL Arena stadionu

16:00. “Neftçi” – “İnter” 2:2
Qol: Yohan Bokoyano, 29, Araz Abdullayev, 76, Laşa Salukvadze, 81,  
Ruslan Qurbanov, 86 

İlk 2 dövrədəki oyunlar: 3:1, 1:3

Bakcell Arena stadionu

16:00. “Simurq” – “Sumqayıt” 4:0
Qol: Draqan Çeran, 13,48, İdan Vaytsman, 20, Salif Ballo, 86

İlk 2 dövrədəki oyunlar: 3:1, 1:0

Zaqatala şəhər stadionu

17:00. “Rəvan” – “Qarabağ” 0:2
Qol: Leroy Corc, 61, 68

İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0

Bayıl Arena stadionu

17:00. “Xəzər Lənkəran” – “Bakı” 0:2
Qol: Yure Travner, 70, 90

İlk 2 dövrədəki oyunlar: 2:1, 0:3

Lənkəran şəhər mərkəzi stadionu

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43