Premyer Liqa

Sxadadze “Neftçi” ilə oyun haqda nələr dedi?

“Maraqlı və sürətli oyun oldu. Azarkeşlərin bu görüşdən zövq aldığını düşünürəm”. Bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Bu gün “İnter” Premyer Liqanın XXII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşıb. “Bankirlər” hesabda iki dəfə öndə olsa da, qələbə qazana bilməyiblər. Görüş sülhlə başa çatıb.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Sxadadze qələbəni əldən verdiklərini bildirib: “Oyunu taktiki cəhətdən yaxşı qurmuşduq, rəqib topla yaxşı rəftar edir, onlara rahat oynamaq üçün boş sahə vermədik. “Neftçi” qol buraxdıqdan sonra toparlana bildi, bu da komandanın gücünü göstərir. Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək. “Bakı” ilə matçadək bərpa olunmaq üçün çox az vaxtımız var. Komandaya oyuna görə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43