“Xəzər Lənkəran”da Rauf Əliyevin ardından daha bir futbolçu sıradan çıxıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub komandası dünənki “İnter”lə oyundan sonra Qalin İvanovu da itirib. “Ağ-yaşıllar”ın legioneri zədə aldığından bugünkü məşqə də qatılmayıb. Onun “Neftçi”ylə “Böyük oyun”da meydana çıxıb-çıxmayacağı sual altındadı.
Digər zədəli futbolçu Ağabala Ramazanov isə artıq məşqlərdə iştirak edir.
Qeyd edək ki, Adrian Skarlatakedə zədə səbəbindən məşqlərdə iştirak etmir.