Kateqoriyasız

“Xəzər Lənkəran”da daha bir yeni futbolçu

Doğma şəhərdə təlim-məşq toplntısı keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib.

İdmanxeber.com-un məlumatına görə,  yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb. Ardıyca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16:00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.

Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplantı Bakıda davam etdirələrkən Tural Cəlilov da komandaya qoşulacaq. Rasim Ramaldanovun isə geri dönüb dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43