Ölkə futbolu

“Xəzər Lənkəran”da futbolçu qalmadı: 7 zədəli

“Xəzər Lənkəran” “İnter”lə matçın ardından iki günlük istirahətə buraxılmışdı.

Bu gün komanda Respublika stadionunun köməkçi meydançasında məşqləri bərpa edib. Komandada 7 zədəli var. Onlardan 4-ü Rahid Əmirquliyev, Elnur Abdullayev, Adrian Skarlatake və  Mbilla Etame bu gün fərdi məşqlərə başlayıb. Digər 3-ü Orxan Sadıqlı, Deyvid Sakkoni və Slavik Alxasov isə məşqi kənardan izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43