Ölkə futbolu

“Xəzər Lənkəran”da növbəti transfer reallaşa bilər: Braziliyalı yarımmüdafiəçi bu gün Türkiyəyə gəlir

Türkiyənin Ərzurum bölgəsində hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" bugun  bir futbolçunun yolunu gözləyir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub komandasının heyətinə Braziliyadan bir futbolçu qoşulmalıdı. Ampulası yarımmüdafiəçi olan futbolçunun Braziliya çempionatındakı komandaların birindıə oynadığı bildirilir.

Adı açıqlanmayan futbolçu bu gün komanmdanın düşərgəsinə qoşulacaq. Mario Souzanın tapıntısı olan futbolçu haqda son qərarı komandanın baş məşqçisi Oğuz Çətin verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43