Ölkə futbolu

“Xəzər Lənkəran”da yeni mövsümün yayım planı necə olacaq?

“Xəzər Lənkəran” canlı yayımla bağlı məsələni növbəti dəfə müzakirə edəcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümün başlamasına az müddət qalmış bu və digər məsələlər öz həllini tapacaq.

Mövsümün əvvəllərində ev oyunlarını “İdman Azərbaycan”ın canlı yayımlamasına icazə verən klub, sonradan buna imkan verməmişdi. Daha doğrusu Cənub şəhərinin komandası yayım üçün qarşı tərəfdən pul istəmiş və tərəflər razılığa gələ bilməmişdilər. Yeni mövsümdən də bu halın baş verə biləcəyi gözlənilmir. Lakin yenidən məsələ müzakirə ediləcək və son söz bu toplantıdan sonra deyiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43