Ölkə futbolu

“Qəbələ” ilk addımı atdı: Klub final matçı üçün nə qədər bilet aldı?

Mayın 22-də “Neftçi”ylə Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Qəbələ” tərəfi artıq azarkeşləri üçün PFL-dən bilet alıb.

İdmanxeber.com-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq əyalət klubu 5200 ədə bilet götürüb. Lakin bu sayın qarşıdakı günlərdə də artacağı istisna edilmir.

PFL-dən saytımıza onu da bildirdilər ki, “Neftçi” onlara biletlə bağlı hər hansı bir müraciət etməyib. 

Qeyd edək ki, Respublika stadionunda baş tutacaq final matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43