Ölkə futbolu

“Qəbələ” final matçına ciddi hazırlaşır: Turizm şəhərini futbol şəhəri etdilər – FOTOLAR

“Qəbələ” “Neftçi”ylə mayın 22-də üz-üzə gələcəyi kubokun final matçına olduqca ciddi hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun səyləri nəticəsində şəhər başdan ayağa bannerlər, reklam çarxları, bayraqlar, afişalarla bəzədilib. Şəhərin girişindən, çıxışına kimi kubokun finalından bəhs edən reklam lövhələri Qəbələyə əlavə gözəllik verir. Necə deyrlər turizm şəhəri biranlıq futbol şəhərinə çevrildi.

Klub azarkeşlərlə də bağlı da işlər görür. PFL-dən 5200 bilet artıq alınıb. Bu rəqəmin azı 10 minə çatacağını gözləmək olar. Rəhbərlik stadiona gələcək fanatların hamısını biletlə təmin edəcək.

Final matçında “Qəbələ”ni azı 10 min azarkeşin dəstəkləyəcəyi gözlənilir.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43