Ölkə futbolu

“Xəzər Lənkəran”dan göndəriləcək iki futbolçunun adı məlum oldu

“Xəzər Lənkəran”dan göndəriləcək iki futbolçunun kimliyinə aydınlıq gəlib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Mustafa Dənizlinin komandada qalıb-qalmayacağı müəmmasının davam etdiyi bir vaxtda Cənub klubu ilə yayda müqaviləsi bitəcək Adiran Pit və Alvaro Silva ilə sözləşmə uzadılmayacaq. 

Mustafa Dənizlinin yayda klubdan ayrılacağı, Rednikin bu posta gələcəyi halda rumıniyalının hansı futbolçunu komandada saxlayıb-saxlamayacağı məlum olacaq. Hələ ki, göndəriləcək futbolçuların Silva və Pit olacağı dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43