Kateqoriyasız

“Xəzər Lənkəran”dan “Neftçi”yə daha bir zərbə

“Böyük oyun”da “Xəzər Lənkəran”a qalib gələ bilməyən “Neftçi” kubokda qarşılaşacağı “İnter”lə oyun öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun kapitanı Flavinyo zədələnib. Braziliyalı futbolçu qarşılaşmanın ikinci hissəsində matçı davam etdirə bilməyib və Arif Əsədov onu əvəzləməli olub.

Matç başa çatdıqdan sonra isə Saşa Stamenkoviç Flavinyonu qucağında klubun avtobusuna tərəf aparıb. Görünür Flavinyonun zədəsi olduqca cuddidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43