Kateqoriyasız

“Xəzər Lənkəran”dan növbəti nümunəvi addım (FOTO)

“Xəzər Lənkəran” daha bir alqışalayiq addım atıb.

İdmanxeber.com-un məlumatına görə, lənkəranlı fanatlar “Neftçi” ilə oyunda “Talış, Lələtəpə, Maqadiz, Vətən səninləyik biz” banneri açıblar. Banner açıldıqdan dərhal sonra isə azarkeşlər əsgər salamı ilə vətən uğurunda şəhid olan hərbiçilərimizi unutmadıqlarını bir daha isbatlayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43