Ölkə futbolu

“Xəzər Lənkəran”dan səfərdə 3 xal aldığımız üçün şadam”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edib:

“Mövsümə uğurlu başlamamışdıq, təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq. Komandanı şokdan ayıltmaq üçün qələbə və bərabərliklər lazımdır. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur “Bakı” ilə heç-heçə etdik, bu gün isə “Xəzər Lənkəran”ı məğlub etdik. Özümüzə gəlmək və mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, “Xəzər Lənkəran”dan səfərdə 3 xal aldığımız üçün şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43