Ölkə futbolu

“Xəzər Lənkəran”dan yeni xəbər: Planda dəyişiklik edildi

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın İdman Direktoru Yunis Hüseynovun və komandanın tərcüməçisi Elvar Quliyevin Malidə futbolçu axtarışındadılar.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub komandasının rəsmilərinin 10 günlük Mali səfərindən sonra Portuqaliyaya gedəcəyi gözlənilirdi. Lakin son anda klub rəhbərliyi başqa qərar qəbul edib. 

“Ağ-yaşıllar”ın rəsmiləri Afrikadan birbaşa vətənə dönəcəklər. Burdakı bəzi proseslərdən sonra onların digər ölkələrə səfəri müzakirə olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43