Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Mərhələni keçmək bizim tapşırığımızdır”

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Kubok oyunudu. Cavab qarşılaşmasını gözləmək lazımdı. Düzdür, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdır. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir. Kubok titula gedən ən qısa yoldur. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir. “Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə  təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar. Rəqibin səhvlərindən yararlandıq. Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, oyunun əvvələri çətin keçəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43