Ölkə futbolu

“Xəzər Lənkəran”ın Elias transferinin baş tutmamasının əsas səbəbləri bizdə!

"Xəzər Lənkəran"ın Elias transferinin "suya batması"nın səbəbi bu keçiddə vasitəçi olan agentlər imiş

İdmanxeber.com-un daxil olan məlumata görə, sözügedən transferə Elias Ribeiro razı imiş. Sadəcə məsələnin uzadılması və sonradan yeni-yeni problemlərin meydana çıxması Cənub klubunun bu transferə "yox" deməsi ilə nəticələnib. 

Bəli, bu transfer klub tərəfindən ləğv olunub. Məsələnin bu həddə çatmasında isə agentlərin rolu olub. Onların bu transferi yubatması səbəbindən, bundan əlavə yarımmüdafiəçinin məxsus olduğu “Atletiko Paranaense”nin şərtləri daha ağır qoyması üzündən transfer baş tutmayıb. 

Hətta Braziliya klubu Eliası "Xəzər Lənkəran"a birdəfəlik deyil, icarə əsasında verməyi planlaşdırırmış. 

"Ağ-yaşıllar"la Elias prinsipial razılığa gəlməyə yaxın olub. Amma ortada olan vasitəçilər oyunçunun hazırkı klubu ilə "Xəzər Lənkəran" arasında məlumatları tam ötürməməklə qarışıqlıq yaradıblar. Nəticədə bu transfer baş tutmayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43