08 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın italiyalısı sabah gəlir

Yenidən “Xəzər Lənkəran”da fiziki-hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olu  Ciovanni Melkiorre sabah Azərbaycana gəlir.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətindən məlumat verilib. 

51 yaşlı Melkiorre “Xəzər Lənkəran”da tanış simadı.

Belə ki, italiyalı məşqçi 2011-ci ildə “ağ-yaşıllar”da çalışıb. Melkiorre müxətlif illərdə Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra” və “Petrolul” klublarında çalışıb. Onun son iş yeri digər rumın klubu “ÇFR” olub.

Xatırladaq ki, Melkiorre ilə 2 illik müqavilə bağlanılıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43