Ölkə futbolu

“Xəzər Lənkəran”ın məşqçisi: “Amma mənim üçün vacib olan…”

“Qalan oyunlarımızı ən yaxşı şəkildə oynamaq və qələbə qazanmaq bizim üçün çox vacibdir. “Rəvan”la oyunda olduğu kimi, bu gün də ilk hissədə, xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq. Layiq olduğumuz nəticəni əldə etdik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib. 

Cənub klubunun məşqçisi “Sumqayıt” üzərindəki darmadağını şərh edərkən daha sonra sözlərinə belə davam edib:

“Hesab daha da böyük ola bilərdi. Amma mənim üçün vacib olan futbolçuların verilən tapşırığı yerinə yetirməsi, oyundan zövq alması və azarkeşlərə zövq yaşatmasıdır. Qarşıda iki oyunumuz var. “Simurq” və “Qarabağ”la oyunlarda da yaxşı oynayıb, mövsümü yaxşı yerdə bitirmək istəyirik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43