Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi televiziya sahəsində çalışacaq!

2013-2014-cü illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş türkiyəli mütəxəssis Mustafa Dənizli bundan sonra televizya sahəsində çalışacaq.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq ölkəsinin “Əskişehirspor” klubunu çalışdıran 67 yaşlı məşqçi “TRT Spor” kanalından təklif alıb. Dənizli sözügedən kanalda şənbə və bazar günləri Superliqa matçlarını dəyərləndirmək üçün ekspert qismində çıxış edəcək.

Vaxtı ilə Türkiyə yığımasıında, eləcə də  “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” kimi klublarda işləyən Mustafa Dənizli daha əvvəllər də televizyada ekspert kimi özünü sınayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43