İdman

“Real” “ən güclü mənəm” dedi

UEFA Super kubokunun sahibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının qalibi "Real" Madrid və Avropa Liqası trofeyinin son sahibi "Mançester Yunayted" kollektivlərinin üz-üzə gəldiyi oyunda "kral klubu" qələbəyə sevinib. İspanların heyətində Kazemiro və İsko müvafiq olaraq 24-cü, 52-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla komandasının qələbə qollarına imza atıblar. "Qırmızı şeytanlar"dan isə Lukakunun qolu təsəllidən başqa bir şey olmayıb.

Beləliklə Zinəddin Zidanın yetirmələri bu qələbə sayəsində 4-cü dəfə UEFA Super kubokunu muzeyinə aparıb.

 

 

UEFA Superkuboku

8 avqust

 

“Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:1

Qollar: Kazemiro, 24, İsko, 51 – Lukaku, 62

Baş hakim: Canluka Rokki

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Skopye (Makedoniya). II Filip stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43