Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Kəpəz”də

Türkiyənin Ərzurum şəhərində növbəti mövsümə hazırlaşan “Kəpəz” daha bir legioer futbolçunu baxışdan keçirir.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, bir vaxtlar “Xəzər Lənkəran” və “Bakı”nın  şərəfini qoruyan brazilyalı futbolçu  Junior Osvaldo(Juninyo) “Kəpəz”də baxışdadır.  

Baş məşqçi Şahin Diniyev yarımmüdafiəçinin oyununu bəyənsə, yaxın günlərdə onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 2007-2011-ci illərdə “Xəzər Lənkəran”dan çıxış edən Juninyo  53 oyunda meydana çıxıb və  6 qol vurub. 2011/2012 mövsümüdə isə o, “Bakı”nın şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43